ABŞ-dan cəbhədəki vəziyyətlə bağlı BƏYANAT

ABŞ-dan cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
  03 Avqust 2014    Oxunub:5175
ABŞ Dövlət Departamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində yaranmış vəziyyətlə əlaqədar bəyanatla çıxış edib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf deyib:

"İyulun 31-də qoşunların təmas xəttində zorakılığın genişlənməsi nəticəsində xeyli insan tələfatı baş verməsi ABŞ-ı narahat edib. Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı verir, tərəfləri gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə hörmət etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli istisna edilməlidir. Qisasçılıq aktları və zorakılığın davam etdirilməsi münaqişənin dinc yolla tənzimlənməsini yalnız mürəkkəbləşdirər".

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan prezidentlərini mümkün qədər tezliklə görüşməyə və əsas məsələlərə dair dialoqu bərpa etməyə çağırıb. M.Harf sonda deyib: "Biz tərəfləri ATƏT-in sədrinin dəvətini qəbul etməyə və sülh müqaviləsi bağlanmasına gətirib çıxara biləcək danışıqlara başlamağa çağırırıq. Biz Minsk prosesinin tərəfdarıyıq və tənzimləmə səylərinə kömək etməyə hazırıq".

Xatırladaq ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribat aktından sonra yaranmış gərgin vəziyyət davam edir. Erməni silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə məhəl qoymadan, suveren Azərbaycanın ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu hələ də işğal altında saxlayır.


Teqlər:





Xəbər lenti