Azərbaycanda benzinin qiyməti qalxdı

Azərbaycanda benzinin qiyməti qalxdı
  06 Avqust 2014    Oxunub:2951
Azərbaycana Yunanıstandan gətirilən “Premium Euro-95” markalı benzinin qiyməti 4 qəpik qalxıb.
AzVision.az-ın əldə etdiyi məlumata görə, əvvəllər 93 qəpiyə satılan bu növ yanacağın qiyməti gecə saatlarından etibarən 97 qəpik təşkil edib.

Qeyd edək ki, Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.
Respublikada istehsal edilən benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Yüksək avrostandartlara cavab verən avtomobil benzininin ("Premium Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan var. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır.

Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.


Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti