Azərbaycan şahinləri – FOTOLAR, VİDEO

Azərbaycan şahinləri – FOTOLAR, VİDEO
  23 Sentyabr 2014    Oxunub:9050
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərində ikiyerli döyüş-təlim MiQ-29 tipli qırıcı təyyarələrində birlikdə uçuşlar həyata keçirilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşları da icra olunacaq.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

Qalereya




Teqlər:





Xəbər lenti