Azərbaycan üçün şans: Ərdoğanda dopinq tapıldı

Azərbaycan üçün şans: Ərdoğanda dopinq tapıldı
  16 Oktyabr 2014    Oxunub:2243
Özbəkistanda keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanan türkiyəli güləşçi Şamil Ərdoğanın dopinq istifadə etdiyi məlum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Ərdoğan Qazaxıstanın paytaxtı Almatı şəhərində yoxlamadan keçib və onda A dopinq nümunəsi aşkarlanıb.

Dünya çempionatından 20 gün əvvəl Rusiyanın Dağıstan Muxtar Respublikasından Türkiyəyə gələrək, türk vətəndaşlığına keçən və Şamil Ərdoğan adını götürən 25 yaşlı idmançı türk milli yığmasının tərkibində ilk dəfə Özbəkistandakı çempionata qatılmışdı.

Qeyd edək ki, hazırda 41 xalla turnir cədvəlində 3-cü yerdə olan idmançıda B dopinq nümunəsi də aşkarlansa onun bürünc medalı əlindən alınacaq. Bununla da onun 8 xalı silinəcək və 36 xalla Azərbaycandan geriyə, 4-cü yerə düşəcək.

İdmançının B nümunəsi dopinq testinin nəticəsi oktyabrın 21-də bilinəcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti