Qərb Rusiyanı çökdürür - Azərbaycanı nə gözləyir?

Qərb Rusiyanı çökdürür - Azərbaycanı nə gözləyir?
  17 Oktyabr 2014    Oxunub:8880
Avropa ölkələrinin Rusiyaya qarşı sərt sanksiyaları davam edir. Rusiyanı iqtisadi baxımdan çökdürmək istəyən Qərb Putinin ölkəsinə qarşı sərt mövqeyindən çəkinmək niyyətində deyil.

Rusiya nə qədər Avropa ölkələrinin təzyiqlərinə sinə gərsə də Qərb Moskavanı neftlə vurmağı planlaşdırır. Belə ki, Rusiyaya qarşı sərt sanksiyalarla əlaqədar bu ölkəyə məxsus neft şirkətlərinin Avropa bazarına çıxışı məhdudlaşdırılıb. Sanksiyalar aktivlərinin sayı 3 trilyon rubldan çox və gəlirlərinin yarısı neft və neft məhsullarının satışından əldə olunan şirkətlərə tətbiq ediləcək.

Avropa “Rosneft”, “Qazpromneft” və “Transneft” şirkətlərinin Avropadakı fəaliyyətini məhdudlaşdıraraq Rusiyanın ən güclü silahını əlindən almağa çalışır. Rusiya da öz növbəsində ənənəvi mövqedən çıxış edərək sanksiyaların Moskvanın “soyuq küləyi”nə tab gətirməyəcəyini hesab edir. Amma bu danılmazdır ki, Rusiya istəsə də, istəməsə də Qərbin sanksiyaları öz təsirini göstərəcək.

Qonşu Rusiyada 3 milyondan soydaşımızın yaşadığını nəzərə alsaq bu ölkənin üzləşəcəyi iqtisadi tənəzzül bizi narahat etməyə bilməz.

Bu sanksiyaların Azərbaycana nə kimi təsirinin olması ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzVision.az-ın suallarını cavablandırıb.

İqtisadçı ekspert bildirib ki, bu sanksiyaların Azərbaycana müəyyən mənada təsiri ola bilər.

“Rusiyanın `LUKoil` şirkəti Azərbaycanın Şahdəniz layihəsində 10%-lik paya malikdir və bunun üçün təqribən 2,8 milyard dollar ona vəsait gərəkdir ki, öz payını yaxın 4 ildə maliyyələşdirsin. Düzdür, `LUKoil` dövlət şirkəti olmasa da ona sanksiyalar tətbiq edilib. Çünki Qərbdə belə hesab ediblər ki, məhz `LUkoil`in gəlirləri hesabına Rusiya dövlət büdcəsinin müəyyən hissəsi formalaşır və bu özəl şirkəti Qərb kapitalına çıxışdan mərhum etməklə məhz Rusiya siyasətinə təsir etmək olar. Bundan başqa, Azərbaycanla bağlı hər hansı təsirləri görmürəm, əlbəttə ki. söhbət neft və qaz sektorundan gedirsə”.

İ.Şaban həmçinin bildirib ki, bu zaman Qərb şirkətlərinin Azərbaycan üzərindən Rusiyaya hansısa satışlar etməsi və ya Azərbaycana bu məsələnin iqtisadi bazarda hansısa üstünlüyü ola bilməz.

Rusiyada yaşayan azərbaycanlı milyarder, “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov da Qərbin Rusiyaya qarşı sanskiyalarından narahatdır.

O, Vestnik Kavkaza” müsahibsində bildirib ki, Qərb ölkələri tərəfindən Moskvaya qarşı tətbiq edilən sanksiyalar Rusiya beznes mühitinə mənfi təsir edir.
“Sanksiyalar həmişə pisdir. Bizim fəal olduğumuz beynəlxalq müqavilələr üzrə ödənişlər çətinləşdi”. İş adamının fikrincə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra dolların kursunun qalxması qorxu yaradır.

Qeyd edək ki, Rusiya iqtisadiyyatın çökməsi orada yaşayan ruslarla yanaşı azərbaycanlılara da mənfi təsir göstərəcək. Nəzərə alsaq ki, ölkəmizdə minlərlə ailə Rusiyadan gələn gəlirlə yaşayır o zaman bu sanskyalarında zaman bizə də təsir edəcəyi danılmazdır.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti