Davudoğlu nazirlərin görüşü üçün tarix təklif edəcək

Davudoğlu nazirlərin görüşü üçün tarix təklif edəcək
  01 May 2013    Oxunub:1155
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti görüşü Türkiyədə olacaq
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlama verib. Nazirin sözlərinə görə, iclasın tarixi əvvəllər də bir neçə dəfə təyin olunsa da, nazirlərin proqramlarına görə görüşün vaxtı təxirə salınıb.

Məmmədyarov bildirib ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qarşıdakı günlərdə görüş üçün tarix təklif edəcək. “Azərbaycan bu görüşə hazırdır. İclas da isə regional məsələlər müzakirə ediləcək. Bu çox faydalı və əhəmiyyətli bir görüşdür”.

Qeyd edək ki, bu üçlü görüş ilk dəfə İranın Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.


Teqlər:





Xəbər lenti