Baş prokuror görüş keçirdi

Baş prokuror görüş keçirdi
  24 Oktyabr 2014    Oxunub:1545
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov oktyabrın 23-də Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujniyeks ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin insan hüquq və azadlıqlarının daha dolğun müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Zakir Qaralov son illərdə prokurorluq orqanlarında bu sahədə həyata keçirilmiş islahatlardan danışıb.

Avropa Şurası ilə Azərbaycan arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu vurğulayan N.Mujniyeks əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filippoviç və digər rəsmi şəxslər iştirak ediblər.


Teqlər:





Xəbər lenti