Mübariz Qurbanlıya nə sualın var? – SAYTIN QONAĞI

Mübariz Qurbanlıya nə sualın var? – SAYTIN QONAĞI
  06 Noyabr 2014    Oxunub:10651
AzVision.az saytı oxucularına rəsmi şəxslərə sual ünvanlamaq imkanı yaradır.

Saytımızın növbəti qonağı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.


Ona sualınızı aşağıdakı şərh bölümündə yaza bilərsiniz.

Mübariz Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir.
1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib.
1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
I, II, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Evlidir, 2 övladı var.



Teqlər:  





Xəbər lenti