ARDNŞ yoxlamalara başlayır

ARDNŞ yoxlamalara başlayır
  07 Noyabr 2014    Oxunub:1638
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyindəki hər bir estakada yenidən yoxlanılacaq və cüzi problemi olan estakadalar belə bağlanılacaq. Həmin estakadalar təmir olunub normal vəziyyətə gətirilməyənədək orada neft hasilatı aparılmayacaq.

Bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev noyabrın 7-də Neft Daşlarının 65 illik yubileyi münasibətilə keçirilən tədbirdə məlumat verib. “Artıq bununla bağlı şirkətin tabeliyində olan texniki təhlükəsizlik xidmətlərinə, institutlara və digər aidiyyəti idarələrə müvafiq tapşırıqlar verilib” - deyə R.Abdullayev qeyd edib. O bildirib ki, indiyədək təkcə Neft Daşlarında 6 min metrə yaxın köhnə estakada təmir edilib və ya yenisi tikilib.




Teqlər:





Xəbər lenti