`Körpəni həkim öldürməyib` - Nazirlikdən AÇIQLAMA

`Körpəni həkim öldürməyib` - Nazirlikdən AÇIQLAMA
  12 Noyabr 2014    Oxunub:2874
Ötən gün Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində yeni dünyaya gələn körpənin həyatını itirməsi haqqında məlumat vermişdik. Körpənin valideyinləri uşağın ölümündə mamaçanı günahlandıraraq uşağın onun əlindən düşərək öldüyünü bildiriblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli hadisə ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, uşağın ölümünə səbəb onun beyninə qansızması olub.

“Uşağın anası xroniki anemiya xəstəsi olub, buna görə də körpə ürək qüsuru ilə doğulub. Doğuş zamanı göyərti və s. müşahidə olunub. Rentgenin də nəticəsi göstərir ki, ürək sol tərəfdən çox genişlənib. Onun nəticəsində də beyinə qansızma baş verib. Qansızma da olanda beynin daxilini travmalayır. Həkim valideyinlərə deyib ki, uşağın beynin daxilində travma olub. Valideyinlər də yalnış anlayıb, deyirlər ki, uşaq yerə dəyib travma alıb. Belə bir şey olarsa prokurorluq orada olardı və həmin həkimi həbs edərdilər. Əslində həkimin səhvidir ki, valideyinlərlə professional terminlərlə danışıb. Onu daha sadə variantda uşağın yaxınlarına izah etməli idi”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti