Dini dözümlülük : Azərbaycan modeli - Effective News

Dini dözümlülük : Azərbaycan modeli - Effective News
  12 Noyabr 2014    Oxunub:1934
Sürətlə inkişaf etməkdə olan Azərbaycan dünyada təkcə nefti və yüksək texnoloji nailiyyətləri ilə deyil, həm də dini dözümlülüyün həqiqətən də var olduğu bir yer kimi tanınır. Azərbaycanın inkişafı, yüksək mədəniyyəti haqqında tez-tez maraqlı materiallar dərc edən Effective News saytı bu dəfə ölkəmizdəki dini tolerantlığı işıqlandırıb. AzVision.az həmin məqalənin tərcüməsini təqdim edir.

Məqalənin orijinalı ilə isə burada
tanış ola bilərsiniz.

“Şərqlə Qərbin kəsişdiyi yerdə yerləşən Azərbaycan, hər iki tərəfin mədəniyyətinə özündə daşıyan bir cəmiyyətə sahibdir. Azərbaycanda 40-dan çox milli azlıq və etnik qruplara mənsub insanlar yaşayır. Onların arasında talış, avar, saxur, yəhudi, Ukrayna, rutul və s. xalqların təmsilçiləri var. Əsrlər boyu azərbaycanlılar müxtəlif dinlərin daşıyıcıları və etnik qrupların nümayəndələri ilə birgə sülh və harmoniya şəraitində yaşayıblar. Məhz buna görə də Azərbaycan dini baxımdan dünyanın 5 ən dözümlü ölkəsi sırasına daxil olub. Bu fakt, çoxlarını Azərbaycanın dözümsüzlüklərlə dolu dünyaya tutarlı nümunə ola biləcəyinə inandırıb.

Avropa Parlamentinin 2013- cü ildə verdiyi hesabatında qeyd olunur ki, Azərbaycan dini dözümlülük sahəsində yüksək səviyyəli nailiyyətlər əldə edib və qazandığı uğurlarla həm Şərqdə, həm də Qərbdə özündən daha da inkişaf etmiş və zəngin ölkələri kölgədə qoyub.

Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının sədri, Avropa Parlamenti üçün hazırladığı “Azərbaycanda Dini Azlıqlar: Tarixdən Müstəqilliyə” adlı hesabatında rəhbərlik etdiyi təşkilatın araşdırmalarına əsaslanaraq qeyd edir: “Ölkədəki şərqi ortodoks, yəhudi, protestant və udin cəmiyyətləri həm Azərbaycan hökumətindən, həm də xalqından özlərinə qarşı daim dəstək xoş rəftar və dözümlülük gördüklərini bildirirlər. Onlar Azərbaycanda özlərini təhlükəsiz hiss etdiklərini deyirlər”.

Xalqın 96 faizinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanın konstitusiyası dini azadlığa tam təminat verir. Azərbaycan dinin dövlətdən tamamilə ayrı olduğu dünyəvi bir ölkədir...

Konstitusiyaya görə, insanlar istədikləri dini seçməkdə, hətta ateist olmaqda azaddırlar. Heç bir şəxs digərinə dinini dəyişməsi üçün təzyiq edə bilməz. Bu, Azərbaycan qanunlarına görə yolverilməzdir”.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycanda yaşayan dini qruplar da öz növbəsində ölkələrinə sadiqdirlər.

Yazıda prezident İlham Əliyevin təşəbbüsü ilə Vatikanla da dostluq münasibətlərinin daim inkişaf etdiyi bildirilir. “Vatikanın Xarici işlər naziri Covanni Layolo Azərbaycanla Vatikan arasındakı əlaqələrdən məmnunluğunu ifadə edib, bildirib ki, Azərbaycan bir çox dinlərin və mədəniyyətlərin qaynayıb-qarışdığı bir yerdir. Azərbaycan Prezident İlham Əliyev bəyanatlarından birində müxtəlif etnik və dini qrupların ölkədə bir ailə kimi yaşadıqlarını və onların eyni, bərabər hüquqlara malik olduğunu bildirib. İlham Əliyev, ölkədə başqa dinlərə hörmətin səbəbini ilk növbədə xalqın özünə hörməti ilə izah edir ” - deyə, effective news yazır. Sonda Azərbaycanın bütün dünyada multikultiralizm və dini dözümlülüyün yüksək nümunəsi olduğu vurğulanır.

Səbinə Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti