Azərbaycanda Ebola təxribatı

Azərbaycanda Ebola təxribatı
  13 Noyabr 2014    Oxunub:1837
Bu gün sosial şəbəkədə və bəzi saytlarda Sabunçu rayon sakinində Ebola virusunun aşkarlanması ilə bağlı məlumat yayılıb.
Xəbərdə bildirilir ki, Qazax rayonuna qonaq gedən Pərviz Cəsarət oğlu Mirzəyevin vəziyyəti qəflətən pisləşib. Qazax Mərkəzi Xəstəxanasına aparılan Sabunçu sakininə Ebola diaqnozu qoyulub. P.Mirzəyev xəstəxanada müşahidə altına alınıb.

Səhiyyə Nazirliyi dərhal bu məlumatı araşdırıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, Qazax Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlanılıb: “Ümumiyyətlə, ora bu adda, soyadda xəstə daxil olmayıb. Azərbaycanda indiyədək Ebolaya yoluxmaqda şübhəli bilinən xəstə olmayıb”.

A.Qədirlinin sözlərinə görə, Ebola əlamətləri müşahidə edilən xəstənin hansı poliklinika və ya xəstəxanaya müraciət etməsindən asılı olmayaraq ilk növbədə Taun Əleyhinə Stansiyaya məlumat verilir. Nazirliyin 24 saat açıq olan “Qaynar xətt” xidməti var. Belə bir xəstə ilə bağlı Taun Əlieyhinə Stansiyaya məlumat daxil olmayıb.

Səhiyyə Nazirliyi yanlış məlumatların insanların təşvişinə səbəb olduğunu da xatırladıb.


Teqlər:





Xəbər lenti