Arvadını və qaynanasını bıçaqladı

Arvadını və qaynanasını bıçaqladı
  13 Noyabr 2014    Oxunub:1739
Qazaxda keçmiş kürəkən arvadı ilə qaynanasını bıçaqlayıb.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gecə baş verib.

Belə ki, Qazax rayonunun Aslanbəyli kənd sakini Teymur Eminov keçmiş həyat yoldaşı, 25 yaşlı Aybəniz İsmayılovanı və onun anası, 59 yaşlı Güləbətin İsmayılovanı bıçaqlayıb.

Teymur Eminov Güləbətin İsmayılovanı başından, həyat yoldaşını isə boynundan bıçaqla vurub

Hər iki şəxs Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.



Teqlər:





Xəbər lenti