“Anamla atam 1967-ci ildə ailə quranda dayım Luis toy üçün İspaniyaya gələndə Çenin fotolarını da özü ilə gətirib. Onun ölümündən sonra həyat yoldaşından onları istədim və o da gizlətdiyi yerdən çıxarıb Çenin cansız bədəninin əks olunduğu fotoları mənə verdi”.
Argentinada doğulan inqilabçı Çe Qevera 1959-cu ildə Kubada inqilabın reallaşmasında böyük rol oynayıb. O, 1967-ci il oktyabrın 9-da Boliviyada Vallegrande yaxınlığında Boliviya ordusu tərəfindən öldürülüb. Ölümündən sonra onun cəsədi nümayiş etdirilib ki, bu zaman da bir neçə fotoqraf onun fotosunu çəkib.
Hatten də bu fotoqrafların arasında olub və bu fotoları ilk dəfədir ki, üzə çıxarır.
Fatimə Kərimli