Parkomat nəzarətçiləri ləğv ediləcək

Parkomat nəzarətçiləri ləğv ediləcək
  15 Noyabr 2014    Oxunub:2180
Bir müddət sonra artıq Bakıda parkomat nəzarətçiləri olmayacaq.

AzVision.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev deyib.

Onun sözlərinə görə, bir müddətdən sonra Bakıda parkomat nəzarəçilərinin işinə ehtiyac qalmayacaq: “Sürücülər 2015-ci ilin əvvəlindən etibarən müvəqqəti ödənişli duracaqlarda ödənişlərini nağd yolla yanaşı, plastik kartlar vasitəsilə də edə biləcəklər. Bundan əlavə, SMS xəbərdarlıq sistemi də fəaliyyətə başlayacaq. Ona görə də artıq nəzarətçilərin işinə heç bir ehtiyac olmayacaq. Qeyd edim ki, Avropada parkomatların üzərində ümumiyyətlə, nəzarətçilər yoxdur. Demək istəyirəm ki, hamı aparatdan özü də istifadə edə bilər. Sadəcə nəzarətçi onun üçün lazım idi ki, bir müddət insanlara parkomatlardan istfadə qaydalarını öyrətsin. Yəni bu, müvəqqəti xarakter daşıyır. Ola bilər ki, 1 il, hətta 6-7 aydan sonra nəzarətçilərə ümumiyyətlə, ehtiyac qalmasın”.

Bununla yanaşı, H.Abdullayev qeyd edib ki, söhbət işçilərin hamısından getmir: “Əlbəttə ki, nəzarətçilər də olmalıdır. Onlarsız da keçinmək olmaz”.


Teqlər:





Xəbər lenti