Gəncədə qanlı olay

Gəncədə qanlı olay
  16 Noyabr 2014    Oxunub:1606
Ötən gün axşam saatlarında Gəncə şəhəri 4-cü mikrarayon ərazisində 40 yaşlı şəhər sakini Şahin Zeynalov bıçaqlanıb.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat zamanı onun üzərində daxilə nüfuz edən 3 bıçaq zərbəsi aşkarlanıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğundan Zeynalovu reanimasiya şöbəsinə yerləşdirib.

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, Şahin Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məkum deyil.

İstintaq əməliyyat tədbirləri davam etdirilir.



Teqlər:





Xəbər lenti