Əhalinin gəlirləri artıb
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 70 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6 faiz çox vəsait qalıb.
Teqlər: