Tovuzluları narahat edən problem
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tovuzun bəzi küçələrində yollar gecələr bir yana, elə günün-günorta saatlarında da təhlükədən xəbər verir. Ağzı açıq quyular piyada və avtomobillər üçün maneələr yaradır. Sakinlər qapağı olmayan quyulardan gələn pis qoxudan da narahatdırlar.
Qapaqsız quyulara rayonun mərkəzi küçələrində də rast gəlinir. Ən acınacaqlı vəziyyət isə Avaztəpə yaşayış məhəlləsində hökm sürür. Bu ərazidə yaşayan ailənin yeganə oğul övladı 9 yaşlı Uğur Hüseynəliyev də mövcud problemdən zərər görənlərdəndir. Valideynlərinin sözlərinə görə, qapaqsız quyuya düşən Uğur qorxudan xəstəliyə tutulub.
Tovuz küçələrində 9 min quyu var ki, onlardan 167-sinin qapağının oğurlandığı bildirilir. Dəmir və çuqundan olan bu örtüklər əsasən təkrar emalı sexlərinə satılır. Adiyyatı qurumlar bu cür halların təkrarlanmaması üçün rayon polisinə müraciət ediblər.
Qurumdan rayon sakinlərinin də bu işdə kömək olmaları xahiş olunur.
Teqlər: