`Xoşqədəmin verilişində xəstələndim...` - Xalq artisti

`Xoşqədəmin verilişində xəstələndim...` - Xalq artisti
  17 Noyabr 2014    Oxunub:3372
`Bütün günü evdə oluram, günüm pis keçmir. Özüm üçün yaşayıram...`
Məşhur kamança ustası, Azərbaycanın xalq artisti Habil Əliyev səhhəti ilə bağlı AzVision.az-a danışıb.

Xalq artisti bildirib ki, bir həftə əvvəl səhhətində nasazlıq yaransa da hazırda özünü yaxşı hiss edir.

“Bir həftə bundan qabaq Xoşqədəm Hidayətqızının verilişində qrip olmuşdum. Ona görə də bu həftə verilişə gedə bilmədim. İndi yaxşıyam, Şükür Allaha. Çox vaxt evdə oluram. Bütün yaşlı adamlar necə, mən də elə. Qonaqlarım gəlir, zəng edirlər. Nəvələrim, nəticələrim mənə baş çəkir. Günüm pis keçmir, həyatım aktivdir”.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti