Qərb mətbuatı Qarabağ problemini necə işıqlandırır?

Qərb mətbuatı Qarabağ problemini necə işıqlandırır?
  18 Noyabr 2014    Oxunub:2006
Bu gün Azərbaycan Diplomatiya Akademiyasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Ermənitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatını təqdim edib.
AzVision.az xəbər verir ki, şura sədri Azay Quliyev çıxışı zamanı bildirib ki, xarici ölkələrin mətbuat orqanlarında Dağlıq Qarabağ münaqişəsinə hansı yanaşmanın olduğunu müəyyənləşdirmək məqsədilə Almaniya və Böyük Britaniya mediasında monitorinq aparılıb:

"Məqsədimiz həmin ölkələrin mediasında bu münaqişəsinin necə işıqlandırılmasını müşahidə etmək idi. Dərc olunan materiallarda nələr qeyd olunur, hansı boşluqlar var, Azərbaycan bu istiqamətdə hansı işləri görə bilər və s. məsələləri araşdırdıq".

Almaniyanın Humbolt Universitetinin professoru Eva-Maria Aux tədbirdə çıxış edib və monitorinq haqqında məlumat verib.

Hesabatda qeyd olunub ki, monitorinq 1988-2008-ci illər ərzində nəşr olunmuş məqalələr üzərində aparılıb. Bildirilib ki, Almaniyanın "Dei Zeit" və "Spiegel" həftəlik jurnallarında 20 il ərzində münaqişə ilə bağlı 1156 yazı dərc olunub. Bunlardan ən çoxu münqaişənin qızğın dövrü 1992-ci ilə düşür ki, həmin müddətdə 250-ə yaxın yazı işıq üzü görüb.

Eva-Maria qeyd edib ki, bu yazılar heç də həmişə obyektiv olmayıb.
Məqalələrdə münaqişənin iştirakçıları kimi ən çox qabardılan ad Moskvadır.

Mövzulara gəlincə isə yazılarda xalqların öz müqəddəratını müəyyən etməsi hüququna geniş yer verilib.

Monitorinq aparılan daha bir mətbu orqan isə "Neues Deutschland" qəzetidir. Qəzeti nmünaqişənin qızğın fazasında cəmi bir neçə məqalə dərc etdiyi bildirilib.

Almaniya mətbuatı da Dağlıq Qarabağ münaqişəsinə o qədər də diqqət göstərməyib.

Bu barədə Böyük Britaniyanı Birminqem universitetinin doktorantı Kəmalə İmranlı-Löv deyib. O vurğulayıb ki, Britaniya mətbuatında bu mövzu əsasən 1988-cii ilin fevralından işıqlandırılmağa başlanılıb.

"The İndependent" qəzetində isə yalnız 1988-ci ilin sentyabrdan başlayarq Dağlıq Qarabağ münaqişəsinə yer ayrılıb. BBC-də isə bu mövzuda iki reportaj 1988-ci ilin martında gedib.

Onu da qeyd edək ki, 1988-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi intensiv işıqlansa da atəşkəs imzalandıqdan sonra mövzuya çox az yer ayrılmağa başlayıb".

Britaniya mətbuatında münaqişənin işıqlandırılmasında rast gəlinən tənqidi məqamlardan söz açab Kəmalə İmranlı-Löv yazılarda Qarabağın anklav, münaqişəli region kimi qeyd olunduğunu, münaqişənin isə şiə-müsəlman-xristian münqaişəsi kimi qələmə verilib:

"Hətta yazıların başlıqlarında da bir çox hallarda ermənipərəst mövqe nəzərə çarpır. Yaxud da münaqişə zamanı qətlə yetirilən azərbaycanlılar haqqında məlumat dərc olunanda öldürülənləri etnik mənsubiyyəti qeyd olunmur".

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti