“Reklam haqqında qanuna ehtiyac var”

“Reklam haqqında qanuna ehtiyac var”
  19 Noyabr 2014    Oxunub:1481
“Azərbaycanda reklam haqqında qanunun qəbuluna ehtiyac var”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, indi ölkədə reklam dövriyyəsinin həcmi 60 mln. manat, reklamdan gələn gəlir isə 26 mln. manat təşkil edir.

“Yəni, bu sahədə kölgə iqtisadiyyatı həddən artıq çoxdur. Buna görə də, reklam haqqında yeni qanunun qəbuluna ehtiyac var”.

Qeyd edək ki, büdcə layihəsinin müzakirəsi davam edir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti