“Həmsədrlərin bəyanatı təxribatdır” – Ziyafət Əsgərov

“Həmsədrlərin bəyanatı təxribatdır” – Ziyafət Əsgərov
  20 Noyabr 2014    Oxunub:2068
“ATƏT-in Minsk qrupu həmsədrlərinin helikopterin neytral ərazidə olması ilə bağlı bəyanatı Azərbaycana qarşı təxribatdır”.

AzVision.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, Azərbaycanın qarşısında Dağlıq Qarabağ münaqişəsi kimi problem durur:

“Mən bu məsələyə niyə toxunuram? Ötən gün ATƏT-in həmsdərləri çox mənasız bir bəyanatla çıxış ediblər. Vertolyot bəynaatından sonra onlar deyiblər ki, vertolyot hazırda neytral ərazidə yerləşir. Bu bəyanatı biz tamamilə mənasız və məntiqsiz hesab edirik”.

Z.Əsgərov qeyd edib ki, həmsədrlərin bəyanatı məntiqsiz və təxribatdır: “Həmin ərazi Azərbaycanın ərazisidir, neytral ərazidən orada söhbət gedə bilməz. ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər dəfələrlə Azərbaycanın bütövlüyünü, suverenliyini etiraf ediblər, qəbul ediblər. Bu nə anlayışdır, neytral ərazi nədir? Ona görə mən bu məsələyə münasibət bildirmək istədim ki, Minsk qrupu həmsədrlərinin bu cür bəyanatı təxribatdır, məntiqsiz və mənasızdır”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti