532 nəfər direktor müavini olmaq istəyir

532 nəfər direktor müavini olmaq istəyir
  26 Noyabr 2014    Oxunub:1759
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqənin I mərhələsi başa çatıb.

İdarədən verilən məlumata görə, təyin edilmiş müddət ərzində (17-24 noyabr tarixlərində) 532 nəfər Bakuedu.az saytında elektron ərizə ilə qeydiyyatdan keçib.

II mərhələdə qeydiyyatdan keçən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.

Müsahibədə müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək. Vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti