ŞOK: Müsəlmanlar yəhudilərə neft satacaq

ŞOK: Müsəlmanlar yəhudilərə neft satacaq
  01 Dekabr 2014    Oxunub:4501
Səudiyyə Ərəbistanı neft naziri Əli əl-Naimi bəyan edib ki, onun rəhbərlik etdiyi sahənin əsas hədəfi gəlir gətirməkdir və Krallıq İsrail də daxil olmaqla istənilən ölkəyə neft tədarük etməyə hazırdır.

AzVision.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

“Bizim heç bir ölkə ilə düşmənçiliyimiz yoxdur. Rəhbərliyimiz sülhün, dinlər və konfessiyaların mövcud olmasının tərəfdarıdır. Kral Abdullah bin Əbdüləziz yəhudilər də daxil olmaqla bütün xalqlarla dostluq əlaqələrinin tərəfdarıdır”, - deyə Naimi bildirib.
“Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı Almaniyanın “Leopard 2A7” tipli 200 tankının satılmasını reallaşdırsa onun ölkəsi neft qiymətinin aşağı düşməsi məsələsində öz neytrallığını qoruyacaq.

Qeyd edək ki, Almaniya Səudiyyə Ərəbistanında şiələrin kompakt yaşadığı ərazilərdə çıxışların yatırılması bu zirehli texnikanın istifadə olunacağından ehtiyat edərək müqavilənin həyata keçirilməsini qeyri-müəyyən müddətə qədər təxirə salıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti