Əkrəm Əylisliyə Naxçıvandan daha bir zərbə - EKSKLÜZİV

 Əkrəm Əylisliyə Naxçıvandan daha bir zərbə - EKSKLÜZİV
  16 Fevral 2013    Oxunub:1982
Bu addım Əkrəm Əylislinin “Daş yuxular” əsərindən sonra ölkədə qazandığı mənfi imicdən sonra atılıb.
Əkrəm Əylisli ilə bağlı orta məktəbin 9 cu sinfinin ədəbiyyat dərsliyində keçirilməsi nəzərdə tutulan dərslər bundan sonra Naxçıvan məktəblərində sinifdən xaric oxu ilə əvəz ediləcək. Bu qərarı Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev verib. Qərar artıq muxtar respublikanın bütün orta təhsil müəssisələrinə göndərilib. Xatırladaq ki, orta məktəblərin ədəbiyyat dərsliklərində keçmiş xalq yazıçısı Əkrəm Əylislinin həyatı və yaradıcılığı ilə bağlı dərs porqamında 4 saat ayrılıb. Bu saatlarda onun “Ürək yaman şeydir” əsəri tədris edilirdi. Bundan sonra isə sinifdən xaric oxu dərslərində Azərbaycanın digər şair və yazıçılarının əsərləri şagirdlərə tədris ediləcək. Bu addım Əkrəm Əylislinin “Daş yuxular” əsərindən sonra ölkədə qazandığı mənfi imicdən sonra atılıb.

Səməd Canbaxşıyev
Naxçıvan


Teqlər:  





Xəbər lenti