İrəvan yeni Konstitusiya hazırlayır

   İrəvan yeni Konstitusiya hazırlayır
  07 May 2025    Oxunub:532
Ermənistanın yeni Konstitusiyasının mətni qarşıdakı 10 ay ərzində hazırlanacaq.
AzVision.az bildirir ki, bu barədə açıqlama verən Ermənistanın Ədliyyə naziri Srbui Qalyanın sözlərinə görə, sənədin layihəsi hazırlanma mərhələsindədir və hazırda müxtəlif variantlar nəzərdən keçirilir.

Eyni zamanda, Qalyan Müstəqillik Bəyannaməsinə istinadların Konstitusiyadan çıxarılması barədə baş nazir Nikol Paşinyanın daha əvvəl qeyd etdiyi məsələlərin müzakirə olunmadığını dəqiqləşdirib.

Xatırladaq ki, Azərbaycana qarşı ərazi iddialarının ehtiva olunduğu müddəaların çıxarılmasını tələb edən rəsmi Baklı Ermənistan Konstitusiyasında dəyişikliklərin aparılmasında israrlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Konstitusiya  





Xəbər lenti