`Cənub axını` iflasda - Azərbaycanı nə gözləyir?

`Cənub axını` iflasda - Azərbaycanı nə gözləyir?
  02 Dekabr 2014    Oxunub:5767
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin ötən gün birgə mətbuat qarşısına çıxaraq bir sıra məsələlərə aydınq gətirdilər. Günün ən diqqətçəkən məqamı Avropaya qaz çıxaracaq “Cənub Axını” layihəsini dayandırılması oldu. Prezidentlər bəyan etdilər ki, ümumi razılaşma əsasında “Cənub Axını” layihəsini dayandırıblar.

Belə ki, liderlərin razılığına əsasən, 63 milyard kubmetr qazın daşınacağı planlaşdırılan proje təxirə salınıb.

Putin açıqlamasında bildirib ki, bu addımın əsas səbəbi Bolqarıstanın icazə verməməsidir.

Paralel olaraq Azərbaycanın TANAP layihəsinin reallaşdırılmasına start verməsini nəzərə alsaq sual yaranır.

“Cənub Axını”nın ləğv edilməsinin Azərbaycana hansısa təsiri varmı?

İqtisadçı İlham Şabanov AzVision.az-a bildirib ki, “Cənub axını” qaz layihəsinin dayandırılması Türkiyə ilə qonşu ölkənin istəyidir. Bunun Azərbaycanın reallaşdırdığı layihə ilə paralel bir layihə və TANAP-a nə müsbət, nə də mənfi bir təsiri var:

“Çünki bizim alqı-satqı müqaviləmiz və real alıcılarımız var. Onun artıq tikinti işləri nə də start verilib. Digər tərəfdən Rusiya niyə Türkiyə üzərindən belə layihəyə gedir? Çünki onun “Cənub Axını” layihəsinə Avropa “yox” deyir. Bunun nəticəsində Rusiya çıxılmaz vəziyyətdə qalıb, ona görə ki, bu layihəyə 4 milyard dollardan çox vəsait xərcləyib. Bolqarıstandan icazəni ala bilmədilər, nəticədə həmin xətti Türkiyə üzərinə yönəldib Yunanıstana çıxış əldə etməki istəyirlər. Onsuz da o boru xəttinin bir qolu Yunanıstana getməli və oradan da Avropa Birliyi üzvü olmayan Serbiya və digər Balkan ölkələrinə getməli idi. Bu baxımdan bu layihənin dayandırılmasının Azərbaycana heç bir təsiri yoxdur”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti