Narazılardan Arif Hacılıya mesaj
Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə birgə yaratdıqları hərəkatın Müsavatda etiraza səbəb olmasına münasibət bildirən V.Əyyub iradların əsassız olduğunu deyib:
`Kim necə qarşılayır özü bilər, öz işləridir. Hərəkat yaradılanda bunun məqsədləri bəyan edilib. Başqa deyiləsi söz yoxdur`.
Partiyanın sədr müavini Gülağa Aslanlı isə mətbuata açıqlamasında bunu şəxsi istəklərin həyata keçirilməsi istiqamətində atılan addım kimi qiymətləndirib:
“Qurultayın nəticələrini seçki komissiyasının bütün üzvləri tanıyıb və lehinə səs verib. Əgər kimlərsə belə olan təqdirdə növbədənkənar qurultayın keçirilməsini israr edirsə, bu şəxsi istəklərin həyata keçirilməsinə xidmət edir. Düşünürəm ki, bu istiqamətdə yaradılan təşəbbüs qrupu da Müsavatçılıq ideyasına xidmət etmir”.
Fatimə
Teqlər: