Qarayevlə görüşmək istəyənlərin nəzərinə

Qarayevlə görüşmək istəyənlərin nəzərinə
  04 Dekabr 2014    Oxunub:1378
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşlarla görüşəcək.

ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, nazir dekabr ayının 10-da saat 11:00-da Sabirabad şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti,95) qəbul keçirəcək.

Qəbulda Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.


Teqlər:  





Xəbər lenti