Azərbaycan BTC ilə neft ixracını azaldıb

Azərbaycan BTC ilə neft ixracını azaldıb
  05 Dekabr 2014    Oxunub:1671
Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 1 719 684 ton Azərbaycan nefti nəql olunub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti xəbər yayıb. Məlumata görə, ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır. Bu ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 045 242 ton neft ötürülüb ki, bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 4,5% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabr ayının 1-ə qədər BTC-yə 261 186 835 ton neft vurulub. Bundan başqa, noyabr ayında BTC kəməri ilə ümumilikdə 620 436 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti