`Xədicə İsmayılı Əli Kərimli həbs etdirib`
- Şərqdə qadının həbs olunmasına yaxşı baxmırlar. Azərbaycan cəmiyyətində də qadının həbs edilməsi müsbət qarşılanmır. Bu gün Xədicə İsamayılla bağlı həbs qəti imkan tədbiri seçilib. Xədicə İsmayıl jurnalist peşəsindən silah kimi istifadə edirdi. Mən onu 1998-ci ildən tanıyıram. O dövrdən indiyə kimi bütün fəaliyyəti siyasi mübarizə müstəvisində olub,- deyə Orduxanlı bildirib.
Partiya sədrinin müavini bildirib ki, Xədicə İsmayılın bu gün həbsə atılmasının bir səbəbkarı var: Əli Kərimli.
- Xədicə İsmayıl 17 ildir jurnaslit peşəsini özünün "çətiri" sayırdı və "çətir" altında bütün fəaliyyətini hakmiyyətə gəlmək və Əli Kərimlinin təbliğatını aparmaq üzərində qurmuşdu. Xədicə İsmayıl bu ölkədə Əli Kərimlidən başqa hər kəsi təhqir etmiş və bununla bağlı yazılar yazmış şəxsdir. Xədicə İsmayıl kimləri təhqir edib: Əbülfəz Elçibəyi, hakimiyyətin bütün nümayəndələrini, İsa Qəmbəri, Rauf Arifoğlunu və s. Bu adamın siyasi ambisiyaları var idi və açıq şəkildə görünürdü. Əli Kərimli indiyə kimi öz çirkin siyasi məqsədlərinə çatmaq üçün Xədicə İsmayıl kimi insanlardan məharətlə istifadə edirdi. Bu adamlar həbsə atılandan sonra isə Əli Kərimli bir dəfə də olsun onların ziyarətinə getməyib. Əli Kərimlinin bu həbsdən istifadə edib, beynəlxalq təşkilatlarla alver edəcəyini istisna etmirəm. O, bu cür həbsləri qrant predmeti sayır – deyə Orduxanlı vurğulayıb.
Teqlər: