Rövnəq Abdullayev: 48 milyard xərclənəcək

Rövnəq Abdullayev: 48 milyard xərclənəcək
  08 Dekabr 2014    Oxunub:2092
Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub” qaz dəhlizi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələri, o cümlədən “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələrinin həyata keçirilməsinə yönəldiləcək investisiyalar 45-48 milyard dollara çatacaq.
Bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, ARDNŞ qardaş ölkə Türkiyədə “Star” neft emalı zavodu və “Petlim” konteyner limanı kimi layihələri uğurla həyata keçirməyi, gələn ilin əvvəllərində isə Petkim yarımadasında yeni elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır.

Ölkə daxilində isə Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) modernləşdirilməsini, istehsal gücü ildə 12 milyard kubmetr olan yeni qaz emalı zavodunun və illik 800 min ton baza polimerlərinin istehsalını nəzərdə tutan neft-kimya zavodunun tikintisini reallaşdıracaq.


Teqlər:





Xəbər lenti