Manatın aqibəti necə olacaq?

Manatın aqibəti necə olacaq?
  09 Dekabr 2014    Oxunub:2119
“Son günlər ən çox verilən sual manatın dəyərdən düşüb-düşməməsi ilə bağlıdır. Rusiya rublunun yeni neqativ rekordlarından və neftin dünya bazar qiymətində müşahidə edilən kəskin azalmalardan sonra vətəndaşlarmızda da milli valyutanın məzənnəsi ilə bağlı müəyyən narahatçılıq hiss edilməkdədir”.
AzVision.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, belə hallarda Mərkəzi Banklar rəsmi acıqlamalar verməklə əhalini məlumatlandırmağa çalışsalarda hələlik Azərbaycanın baş bankında susmağa üstünlük verirlər:

“Bəs, manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı? Neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələləlik tədiyyə balansımızda müsbət saldo saxlanılmaqdadır. İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında qara qızılın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da hələ də xarici ticarətdə böyük profistə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur. İqtisadi baxımdan, Mərkəzi Bankın manatın deyil, dolların sterilizasiyasını həyata keçirməlidir ki, milli valyuta kəskin möhkəmlənməsin. Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərind təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracatdan daxil olmalarin azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorlar daxil olmaqla bir sıra digər sahələrin təsirlənməsidir. Buraya eyni zamanda Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti