Qələbə günü Mingəçevirdə

Qələbə günü Mingəçevirdə
  10 May 2013    Oxunub:1586
Faşizm üzərində qələbənin 68-ci ildönümü Mingəçevirdə təntənə ilə qeyd edilib.
Bu münasibətlə “Qələbə” meydanında keçirilən tədbirin iştirakçıları əvvəlcə abidə önünə əklil qoyublar.

Bayram mərasimində çıxış edənlər bildiriblər ki, bəşər tarixinin ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. İkinci Dünya müharibəsi illərində xalqımız ön və arxa cəbhədə böyük qəhrəmanlıq göstərmişdir. Bu müharibədə 640 mindən çox həmyerlimiz iştirak etmiş, onların təxminən yarısı döyüşlərdə həlak olub.

Natiqlər həmin döyüşlərdə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının xidmətlərinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını əminliklə vurğulayıblar.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov veteranlarla görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Məlumat verilib ki, hazırda Mingəçevirdə 19 müharibə veteranı yaşayır. Veteranlar ölkə başçısına onlara göstərdiyi qayğıya görə minnətdarlıq ediblər. Daha sonra hərbi parad keçirilib.
Tədbirin sonunda veteranların şərəfinə bayram süfrəsi açııb və onlara hədiyyələr verilib.(azərtac)


Teqlər:





Xəbər lenti