Azərbaycan yəhudilərinin yeni lideri
Boris Simanduyev YXA-ya müsahibəsində deyib: “5775-ci ilin Pesaxına qədər davam edəcək keçid dövründə idarə heyətinin sədri vəzifəsində topladığım təcrübəni Yuri Niftəliyev ilə bölüşəcəyəm”.
2013-cü ildə 80 yaşını qeyd edən Boris Simanduyev 21 il Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasına rəhbərlik edib.
Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında səmərəli fəaliyyətinə görə Boris Simanduyevi “Şöhrət” ordeni ilə təltif edib.
Gözlənildiyinə görə, “Şöhrət” ordenli Boris Simanduyev Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasının fəxri sədri seçiləcək, Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafı istiqamətində fəaliyyətində təcrübə, məsləhət və nüfuzundan istifadə edəcək.
Teqlər: