Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb
  09 Mart 2015    Oxunub:2786
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il martın 1-nə 11 004,4 mln. ABŞ dolları təşkil edib.
Fevral ayı ərzində bu göstərici 13%, bu ilin əvvəlindən isə 20% və ya 2 750 mln. dollar azalıb.

Keçən ilin eyni dövrü ilə müqayisədə rəsmi valyuta ehtiyatlarının həcmində azalma 24% olub.

Qeyd edək ki, azalma tendensiyası dünya bazarında neftin qiymətinin düşməyə başladığı 2014-cü ilin iyul ayında başlayıb. İyulun sonunda maksimal həddinə - 15 193,4 mln. dollara çatan AMB-nin valyuta ehtiyatlarının həcmi son 7 ayda 27,6% azalıb. (report)


Teqlər:





Xəbər lenti