Bakı-Tbilisi-Ceyhanın neft nəqli artıb

Bakı-Tbilisi-Ceyhanın neft nəqli artıb
  28 Mart 2015    Oxunub:1857
2015-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 5,9 milyon ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6% çoxdur.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 2 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, yanvar-fevral aylarında ölkənin magistral neft kəmərləri üzrə nəql edilmiş bütün neftin 77,6%-i BTC-nin payına düşüb.

Hesabat dövründə ümumilikdə ölkənin magistral neft kəmərləri üzrə 7,6 milyon ton neft nəql edilib ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% çoxdur.

Yanvar-fevral aylarında Cənubi Qafqaz qaz kəməri üzrə (Bakı-Tbilisi-Ərzurum) 1,2 milyard kubmetr qaz tədarük edilib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.

Yanvar-fevral aylarında ölkənin magistral qaz kəmərləri ilə 4,3 milyard kubmetr qaz nəql olunub. Bu, ötən ilin analoji dövründəki göstəricinin səviyyəsinə uyğundur.


Teqlər:





Xəbər lenti