“Türkiyə TANAP-dakı payını sata bilər” - Nazir

“Türkiyə TANAP-dakı payını sata bilər” - Nazir
  09 Aprel 2015    Oxunub:2284
Sərfəli kommersiya təklifi olacağı təqdirdə Türkiyə TANAP (Trans Anadolu qaz kəməri) layihəsindəki səhmlərini sata bilər.
AzVision.az-ın “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb. TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir.

Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti