Əhali kredit borclarını qaytarmır - 1,1 milyard təhlükədə

Əhali kredit borclarını qaytarmır - 1,1 milyard təhlükədə
  14 Aprel 2015    Oxunub:2647
Martın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat ekvivalenti məbləğində kredit ayırıb.
Verilmiş kreditlərin həcmi 2014-cü il mart ayının 1-i ilə müqayisədə 32,1 faiz artıb. Onun 78,2 faizi və ya 16,2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində məzənnə korreksiyası nəzərə alınmaqla 20,3 faiz artaraq mart ayının 1-i vəziyyətinə 7,9 milyard manata çatıb.

Mart ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,14 manata, 100 Rusiya rubluna 1,73 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,9 manata, 1,01 manata və 1,44 manata bərabər olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti