Nazirdən büdcəyə 1,6 milyard xeyir

Nazirdən büdcəyə 1,6 milyard xeyir
  15 Aprel 2015    Oxunub:1996
2015-ci ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,0 faiz əməl edilib.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 milyard 55 milyon 742,0 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faiz təşkil edib.


Teqlər:  





Xəbər lenti