`Bəzi layihələri ləngitmək istəyirik` - Samir Şərifov

`Bəzi layihələri ləngitmək istəyirik` - Samir Şərifov
  20 Aprel 2015    Oxunub:4314
Azərbaycan 2015-ci il dövlət büdcəsinin proqnozlarına dəyişikliklər edilməsi üçün hələ səbəb görmür.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə görə, qanunvericilikdə müəyyən meyarlar var ki, onlardan sonra dəyişikliklər edilməsi lazımdır: "Lakin biz hələ buna ehtiyac görmürük. 2015-ci il dövlət büdcəsi proqnozlaşdırılarkən neftin qiyməti 90 dollardan götürülmüşdü, lakin neftin qiyməti aşağı düşdükdən sonra aydındır ki, bu rəqəm bir qədər yüksəkdir. Şübhəsiz ki, bu, dövlət büdcəsinin gəlirlər hissəsinə təsir edir. Lakin dövlət büdcəsinə birbaşa zərər o qədər də böyük deyil. Əlbəttə, neftin qiymətinin azalması ölkənin tədiyə balansına mənfi təsir edir".

S.Şərifov qeyd edib ki, ölkə hökuməti bu istiqamətdə müəyyən addımlar atır: "Biz büdcədən daha səmərəli istifadə etmək istəyirik. Bununla belə, investisiya layihələrinin reallaşdırılmasını ləngitməyi planlaşdırırıq, yəni bəzi həmin layihələri gələn ilə keçirməyi nəzərdə tuturuq".


Teqlər:  





Xəbər lenti