İlham Əliyev polşalı həmkarını təbrik edib

İlham Əliyev polşalı həmkarını təbrik edib
  02 May 2015    Oxunub:1664
Azərbaycan prezidenti İlham Əliyev polşalı həmkarı Bronislav Komorovskini Polşanın milli bayramı - Konstitusiya günü münasibətilə təbrik edib.
Azvision.az-ın xəbərinə görə, Azərbaycan prezidenti qeyd edib ki, bu gün Azərbaycan ilə Polşa arasındakı münasibətlər dinamik şəkildə inkişaf etməkdədir:

“İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim sülh və tərəqqi arzulayıram”.


Teqlər:





Xəbər lenti