Avropa Oyunlarını 1500 jurnalist işıqlandıracaq
“Qeydiyyatdan keçən media nümayəndələri arasında azərbaycanlı jurnalistlər üstünlük təşkil edirlər. Bundan başqa, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdən çoxlu sayda müraciətlər qəbul etmişik. “Bakı-2015”in işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatda keçib”.
İlk Avropa Oyunlarını işıqlandırmaq üçün aparılan qeydiyyat prosesi aprelin 3-də başa çatdığını deyən Ceyn Pirs bildirib ki, hazırda qəbul olunan müraciətlər dəyərləndirilir və həmin nümayəndələrə təsdiq cavabları yollanılı:
“Media nümayəndələri akkreditasiya kartlarına mayın 29-dan başlayaraq sahib ola biləcəklər. Yerli media nümayəndələri kartları yaxın günlərdə açılışı nəzərdə tutulan Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Akkreditasiyadan keçən beynəlxalq media nümayəndələrinə isə xüsusi bildiriş göndərilir ki, onlar Azərbaycana gəlib viza ala və fəaliyyət göstərə bilsinlər. Xarici media nümayəndələri akkreditasiya kartını hava limanında quraşdırılmış xüsusi məntəqədən ala biləcəklər”.
Teqlər: