TANAP yeni səhmdarlar axtarır

TANAP yeni səhmdarlar axtarır
  04 May 2015    Oxunub:1812
Trans Anadolu qaz boru kəməri (TANAP) layihəsinin iştirakçıları yeni potensial səhmdarlarla danışıqlar aparacaq.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, hazırda TANAP layihəsinin səhmdarı olmaq istəyən iki şirkət var.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti