Neft yenə ucuzlaşdı

Neft yenə ucuzlaşdı
  05 May 2015    Oxunub:1934
Bu gün neftin dünya bazarlarında qiyməti qismən düşüb.
AzVision.az xəbər verir ki, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar azalaraq 58,83 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,10 dollar azalaraq 66,35 dollar olub.


Teqlər:  





Xəbər lenti