Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya-kommunikasiya texnologiyaları üzrə server və şəbəkə infrastrukturunda, elektron məlumat bazalarında həyata keçirilən texniki yenidənqurma işləri ilə əlaqədar olaraq komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlər 9-11 may tarixlərində dayandırılacaq.
Komitədən AzVision.az-a verilən məlumata görə, mayın 12-dən etibarən qurumun xidmətləri tam fəaliyyəti ilə istifadəçilərin ixtiyarında olacaq.