Neftin qiyməti bahalaşdı
Bununla da, Brent markalı neftin qiyməti illik maksimumu yeniləyib. Qeyd edək ki, ötən ilin dekabr ayından bu günə qədər Brent neftin qiyməti 66 dollar həddini aşa bilməyib.
Azərbaycan nefti isə iki dollara yaxın bahalaşıb. London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,67% və ya 1,78 dollar artaraq 68,44 dollar olub.
AzVision.az