Neftimiz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.51 dollar (0.84%) azalaraq 60.42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.47 dollar (0.69%) ucuzlaşaraq 67.30 dollar olub.
Qeyd edək ki, "Bloomberg" dünya bazarında neftin ucuzlaşmasından sonra ABŞ, Avropa və Asiya ölkələrinin neftin satışından 900 milyard dollar gəlir əldə etdiyini, Rusiya və Yaxın Şərq ölkələrinin isə 218 milyard və 357 milyard dollar itki ilə üzləşdiyini açıqlayıb.
Eyni zamanda bu gün Azərbaycanın “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,51 dollar yaxud 0,75% bahalaşıb. Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 68,95 dollara bərabərdir.
AzVision.az