Terrorçular məktəbi hədəf aldı – iki ölü

Terrorçular məktəbi hədəf aldı – iki ölü
  07 May 2015    Oxunub:1739
Pakistanın şimal-qərbində məktəblilər terrorçuların hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, insident Pişəvar şəhəri yaxınlığındakı yaşayış məntəqəsində, futbol yarışması zamanı baş verib.

Terrorçu-kamikadzelər futbol meydançasına girərək üzərilərinə bağladıqları partlayıcı maddəni işə salıblar. Hücum nəticəsində 2 uşaq həlak olub.

Qeyd edə ki, ötən il oxşar hücum nəticəsində 140 məktəbli terrorçuların qurbanına çevrilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti