Milli Arxiv İdarəsi yoxlanılıb

Milli Arxiv İdarəsi yoxlanılıb
  07 May 2015    Oxunub:2491
Azərbaycan Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
AzVision.az-un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, kollegiya iclasında dövlət büdcəsindən Milli Arxiv İdarəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunub.

müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti